Bakıda maşın qaz xəttinə ÇIRPILDI: 3 min ev qazsız qaldı

Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi "Atçılıq" yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb.

meqale.com bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağıtəzyiqli qaz xətləri yararsız hala düşüb, 3 000 abonentin qaz təchizatında fasilə yaranıb.

Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun