Bakıda uşağın ayağındakı iynə 14 gün sonra tapıldı - FOTO

11 yaş uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı.

Bakıda uşağın ayağındakı iynə 14 gün sonra tapıldı - FOTO
11 yaş uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı.

meqale.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb. Məlum olub ki, bu, 14 gün əvvəl batmış iynə parçasıdır.  TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən keçən 2014-cü il təvəllüdlü uşaq (qadın cinsli) cərrahi əməliyyata məruz qalıb və pəncə nahiyəsindəki yad cisim - iynə parçası təhlükəsiz şəkildə xaric edilib.