Bakıya qızıgilə qonaq gəlmişdi, itkin düşdü - FOTO

Bakıda 76 yaşlı qadın itkin düşüb.

Bakıya qızıgilə qonaq gəlmişdi, itkin düşdü - FOTO
Bakıda 76 yaşlı qadın itkin düşüb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Aşıq Pəri küçəsində yaşayan qızının evinə qonaq gəlmiş Almaz Oruc qızı Daşdəmirova dünən günorta saatlarında evi tərk edib və geri qayıtmayıb.

Yaxınları bildirib ki, Şəki rayonunda yaşayan A.Daşdəmirova Bakıya qızını və nəvəsini görməyə gəlibmiş. Onun yaddaş problemi olduğundan və Bakını yaxşı tanımadığından ünvanı tapa bilməməsi ehtimal edilir. O, itkin düşərkən əynində fotodakı geyimlər olub.