“Barselona”nın oyunçusu “Qalatasaray”ın transfer hədəfində
Mövsümün sonunda Fernando Muslera ilə yollarının ayrılacağı gözlənilən "Qalatasaray" yeni qapıçı axtarışlarının davam etdirir.
meqale.com xəbər verir ki, "Cim-Bom" bu məqsədlə "Barselona"ya üz tutub.
"Sarı-qırmızılar" İspaniya nəhəngindən İnaki Penanı transfer etmək istəyir. Bu barədə "AS" nəşri məlumat yayıb.
Voyslav Şesnının gəlişindən sonra meydanda az şans əldə edən İnaki "Barsa" ilə müqaviləni yeniləmək məsələsində də razılığa gəlməyib.