Bayden Ukraynaya yardımdan danışdı: Fəlakət olar!
ABŞ-ın Ukraynaya əlavə yardım göstərməsi məsələsi Konqresdəki azlıqdan asılıdır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
"Düşünürəm ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir. Məsələ buna kiçik bir azlığın mane olub-olmayacağıdır. Yardım ayrılmaması fəlakətli olardı", - Bayden bildirib.
O, respublikaçıların əksəriyyətinin də Kiyevə yardımı dəstəklədiyini qeyd edib.