Bayraqdarlar Səidlə Lamiyədir
Paris-2024 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan yığmasının bayraqdarları məlum olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva bu vəzifəni yerinə yetirəcəklər.
Bağlanış mərasimi saat 22:30-da başlayacaq.
Qeyd edək ki, ölkəmiz Oyunlarda 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.