Bəstəkar Rüfət Xəlilovun “İthaf” adlı müəllif konserti keçiriləcək - FOTO
Bəstəkar Rüfət Xəlilovun 24 fevral tarixində" Ithaf " adlı müəllif konserti Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir. Beynəlxalq Muğam mərkəzinin dəstəyi ilə təşkil olunan bu konsert Qarabağ müharibəsi uğrunda həlak olmuş şəhidlərə həsr olunub.Tədbirdə bəstəkarın müxtəlif illərdə yazdıgı və ifa olunmamış kamera-instrumental əsərləri səslənəcək. Konserti işğaldan azad edilmiş torpaqlara həsr olunmuş "Ithaf" audio-vizual kompozisiya acır. Bundan başqa programda piano və rəqəmsal səslər , teatrallaşdırılmış bir ifaçı üçün " Həyatın mənasının axtarışında" və simli kvartet üçün yazılmış əsərlərdə var. Bəstəkarın qeyd etdiyinə görə bu onun ilk müəllif konsertidir. Konsertdə Azərbaycan ifaçılıq məktəbinin peşəkar musiqiçiləri Azərbaycan Respublikasının əməkdar artisti Eyyub Əliyev (violonçel), Səidə Tağızadə (piano), Üzeyir Mahmudbəyli (alt) və s. çıxış edəcəklər.
Rüfət Xəlilov Bakı Musiqi Akademiyasını 1999 ildə bitirib. Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun sinfində təhsil alıb. Alman Akademik Mübadilə Mərkəzinin ( DAAD) təqaüdçüsü olub, bu ölkədə təhsilini davam etdirib. Bir çox instrumental, kamera-instrumental və simfonik əsərlərin müəllifidir. 2009-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə yazılmış simfonik rapsodiyası mükafata layiq görülüb. 2014-2018 illərdə Avropanın bir sıra ölkələrində o cümlədən Sofiya ( Bolqariya), Obersdorf ( Almaniya ), Cenon ( Fransa ) müassir üslubda yazılmış solo və kamera əsərləri səslənmiş, habelə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərləri haqda mühazirələrlə çıxış etmışdir. 2013-2015-ci illərdə Qara Qarayev adına
Beynəlxalq Müassir Musiqi festivallarında xüsusi sifarişlə yazılmış əsərləri səslənmişdir.