Bethovenin 9-cu simfoniyası uzun fasilədən sonra yenidən səsləndi - FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında böyük uğura imza atdı. Orkestrin baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə dahi alman bəstəkarı Lüdviq van Bethovenin 9-cu simfoniyası uzun fasilədən sonra yenidən 2024-cü il bu ölməz əsərin bütün dünyada ən nüfuzlu orkestrlərin ifasında səsləndiyi bir il kimi yadda qalacaq. Çünki əsər ilk dəfə 200 il əvvəl (1824) məhz may ayında bəstəkarın özünün dirijorluğu ilə Vyanada ifa olunub. Bu səbəbdən 2024-cü il 9-cu simfoniyanın premyerasının yubiley ili kimi bütün musiqi ictimaiyyəti üçün əlamətdardır.
                        Bu əsər L.Beethovenin həyatının elə illərində yazılıb ki, (1822-1824) bəstəkar təbiətdə və kainatdakı bütün səslərdən məhrum olmuşdu və sadəcə öz daxili dünyasındakı musiqini eşidirdi. Bütün həyatını, sağlamlığını həsr etdiyi ümumbəşəri musiqini...
Bu klassik dörd hissəli simfoniya, eyni zamanda bəstəkarın son simfoniyası bir xüsusiyyəti ilə musiqi tarixində yeni bir yol açır. Dahi Beethoven ilk dəfə simfoniyaya insan səsi, yəni xor əlavə edir. Hələ gənclik illərindən yaradıcılığına, xüsusilə də poeziyasına heyran olduğu F.Şillerin "Sevincə doğru" şeirini öz kosmik musiqisi ilə simfoniyanın sonuncu hissəsinə "hörür"... "İki dahi insanın yaradıcılığından bir parça olan bu əsərə Opera və Balet Teatrının kollektivinin müraciət etməsi və geniş ictimaiyyət qarşısında səsləndirməsi böyük cəsarətdir deyilmi?! Konsert öncəsi ifaçıların, solistlərin, xorun həyəcanı, böyük məsuliyyət və ciddiyyətlə öz partiyalarına diqqət yetirmələri də göstərirdi ki, onlar bu günün konsertdən daha çox bir hadisə olduğunun fərqindədir. Onlar bilirdi ki, bir neçə dəqiqə sonra maestro əlini havaya qaldıracaq və bütün kainat bir saatlıq susacaq, bəşəriyyətin möhtəşəm himninə təslim olacaq", - müsiqişunaş Şəfəqət Məmmədova.
Alqışlar, dinləyicilərin emosional səs-küyü fasiləsiz, coşğun idi. Axı Beethoven, Şiller və bu son dərəcə keyfiyyətli, məharətli ifa onları sevgiyə, sevincə, qardaşlığa, dostluğa və birliyə Bu konsert həm də Respublika Gününə həsr olunması ilə əlamətdar, xüsusi bir məna qazanmışdı. Bu tarixi gün münasibətilə bu tarixi əsərin səslənməsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinin və kollektivinin möhtərəm addımı kimi qiymətləndirilməlidir.
Şübhəsiz ki, bütün cəsarətli addımların arxasında peşəkar komanda işi dayanır. Bu uğurlu və unudulmaz ifa üçün oradakı dinləyicilər, ümumiyyətlə, musiqi ictimaiyyəti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoruna, xormeyster, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Sevil Hacıyevaya, solistlərə- Faitmə Cəfərzadə (soprano), Elmina Həsənova (mezzo-soprano), Əliəhməd İbrahimov (tenor), Anton Ferştand (bariton) və dirijor kürsüsündə bir saata yaxın bu təkrarsız ifanın memarı olan Əməkdar artist Əyyub Quliyevə minnətdarlıq borcludur.