Bəy və gəlinin dəvətnamədəki tələbi qonaqları qəzəbləndirdi

ABŞ-da gələcək həyat yoldaşları toylarında yemək pulunu ödəmələrini tələb edərək qonaqları qəzəbləndiriblər. Bu barədə "Daily Mail" məlumat yayıb.

meqale.com lente istinadən bildirir ki, dəvət olunanlardan biri qeyri-adi xahişdən danışıb. Onun sözlərinə görə, toya dəvətnamədə cütlüyün qonaqlardan heç bir hədiyyə gözləmədiyi yazılıb. Bunun əvəzinə gələcək həyat yoldaşları tədbirdə veriləcək yemək üçün onlara pul köçürülməsini istəyib. Onlar böyüklərdən 40, 12 yaşınadək uşaqlar üçün isə 20 dollar köçürülməsini istəyiblər. 

Qonaq  qadın bəylə gəlinin qoyduğu şərtlərdən şoka düşüb və toy dəvətnaməsinin fotosunu internetdə paylaşıb.