Beynəlxalq Muğam Mərkəzində “Təfsir” adlı fortepiano duet konserti keçiriləcək - FOTO

Aprelin 16-sı saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Təfsir" adlı fortepiano duet konserti keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzində “Təfsir” adlı fortepiano duet konserti keçiriləcək - FOTO
Aprelin 16-sı saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Təfsir" adlı fortepiano duet konserti keçiriləcək.

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin  pianoçu müəllimləri, Beynəlxalq Müsabiqə Laureatları Nərmin İsgəndərova və Səbinə Mustafayeva tədbirin ifaçılarıdır.

Tədbirin aparıcısı musiqişünas Aytən Adıgözəlovadır. Musiqili gecədə bəzi əsərlər Azərbaycanda ilk dəfə ifa olunmaqla yerli və xarici ölkə bəstəkarlarının musiqi nömrələri səslənəcək.