Biləsuvar sakinini ildırım vurdu - VİDEO
Biləsuvarda əkin sahəsində olan şəxsi ildırım vurub.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, rayonun Xırmandalı kəndi ərazisində 44 yaşlı Ramin Bəşirov həmkəndliləri ilə birgə örüşdən mal-qaranı evə ötürən zaman yağışa düşüblər. Bu zaman ildırım onu vurub.
Bundan əlavə, ildırım kənddə Nazim Adıgözəlovun evinə düşərək zərər yetirib.
İldırım vurması nəticəsində xəsarət alan Ramin Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda həkim nəzarətindədir.