"Birdəfəlik ölüm hökmü çıxarın, qurtarsın getsin" - Sümbülə Əliyeva

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə təqsirləndirilən Sümbülə Əliyevanın məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə təqsirləndirilən Sümbülə Əliyevanın məhkəmə prosesi davam edib.

meqale.com Unikal-a istinadən xəbər verir ki, prosesdə Sümbülə Əliyevanın büro sədri olduğu kontorun mühasibi şahid qismində ifadə verib. İbtidai təhsili olan  xanım atasının xahişi ilə işə düzəlib. 9 ay işlədiyi müddətdə Sümbülə xanımın məxariclərin hamısının ona vermədiyini qeyd edib:

"Vəkillərin əmək haqqısını mən ödəyirdim". 

Sümbülə Əliyeva mühasibə suallar vermək istəsə də hakim buna müdaxilə etdi. Təqsirləndirilən hakimin onun suallarına müdaxilə etdiyini etiraz edərək bildirdi: "Birdəfəlik ölüm hökmü çıxardın qurtarsın getsin".

Növbəti şahid Taliyə Gəncəliyeva istintaq zamanı verdiyi ifadəsini məhkəmədə  təsdiq edib.

Şahid, hazırda vəkil işləyən  Tofiq Aslanov ifadə verərək bildirib ki, Sümbülə Əliyevadan hər hansı tələb və şikayəti yoxdur. 

Məhkəmə prosesi 20 may tarixinə kimi təxirə salınıb.