Borjomidə meşə yanğını: Tiflisdən qüvvələr cəlb edildi
Gürcüstanın cənubundakı Axaldaba kəndindən 12 kilometr aralıda milli park ərazisində meşə yanğınları başlayıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "TV Pirveli" məlumat yayıb.
Bildirilir ki, yanğınsöndürənlər Borjomi-Xaraqauli Milli Parkının ərazisindəki baş verən yanğınla mübarizə aparır.
Hadisə yerinə paytaxt Tiflisdən də xilasedicilərdən ibarət qruplar gedib.