“Böyük Qafqaz”ın qalibi bəlli oldu - VİDEO - FOTO

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Asosassiyası"nın birgə təşkilatçılığı ilə Şəki şəhəri Heydər Əliyev Mərkəzində "Böyük Qafqaz 2024 Kuboku" rəqs və incəsənət müsabiqəsi keçirlib.

“Böyük Qafqaz”ın qalibi bəlli oldu - VİDEO - FOTO
"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Asosassiyası"nın birgə təşkilatçılığı ilə Şəki şəhəri Heydər Əliyev Mərkəzində "Böyük Qafqaz 2024 Kuboku" rəqs və incəsənət müsabiqəsi keçirlib.

Müsabiqəyə rəqs və digər incəsənət növləri-akademik alətlər, xalq çalğı alətləri, vokal, rəsm üzrə həm Bakı və Sumqayıt şəhərlərindən, həm Yevlax, Bərdə, Tovuz, Ağdaş, Şəki və sair bölgələrimizin musiqi məktəblərindən, mədəniyyət evlərindən, dərnəklərdən iştirakçılar qatılıb.

5 hissədən ibarət olan irimiqyaslı müsabiqənin qalibləri öz çıxışlarından sonra peşəkar və ədalətli münsiflər tərəfindən qiymətləndiriliblar. Hər hissənin yekununda iştirakçılar mükafatlandırılıblar.

Mükafatlandırma "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin sədri Zakir Əliyev tərəfindən aparılıb.

Uğurlu layihənin rəhbəri "Azərbaycan Rəqs Assosasiyası"nın rəhbəri Əziz Əzizov tədbirin yekunu zamanı öz çıxışında bildirmirdir: "Müsabiqəyə qatılan iştirakçılar sayəsində görürük ki, uşaqlar, gənclər arasında incəsənətə necə maraq var. Onlar daim inkişaf etmək üçün can atırlar. Əminəm ki, onlar Azərbaycanı hər zaman hər yerdə layiqincə təmsil edəcəklər". "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyinin sədri Zakir Əliyev isə qeyd edir: "Uşaq və gənclərin öz istedadlarını üzə çıxarıb göstərə bilməsi, səhnə mədəniyyətinin, özgüvəninin yaranması, onlar arasında mədəni dialoqun inkişafı üçün bu cür müsabiqələrin təşkili vacibdir. Biz öz fəaliyyətimizdə bu cür müsabiqələrə xüsusi yer ayırırıq. Onları dəstəkləmək bizim borcumuzdur. Çünki onlar bizim gələcəyimizdir!"

"Böyük Qafqaz 2024" müsabiqəsinin iştirakçıları arasında birincilikləri ilə fərqlənən Şəki İncəsənət Məktəbinin rəqs kollektivi, 4 saylı Uşaq Musiqi Məktəbi, Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbi ,"Alov" rəqs ansamblı, "Nərgiz" rəqs ansamblı olub.