Xəzərdə balıqlar niyə azalır? - AÇIQLAMA

Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması canlılara ciddi təsir göstərir. 1996-cı ildən başlayan bu proses əvvəlcə gəmiçiliyə, daha sonra balıqçılığa zərər vurub. Gəmi hərəkəti və tullantılar da dəniz mühitinə mənfi təsir edir.

meqale.com xəbər verir ki, Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyevin sözlərinə görə,, əsas problem bioresursların 90%-nin cəmləşdiyi Şimali Xəzərdə müşahidə olunur. Volqa deltasında geriçəkilmə nəticəsində balıqların yem bazası təxminən 50% azalır ki, bu da nadir növlərin tükənməsinə səbəb olur. Canlıların azalması həmçinin qlobal istiləşmə ilə əlaqələndirilir, sahil zonasında oksigen azalır və balıqlar dənizin mərkəzinə çəkilir.

Məsələ region ölkələri üçün iqtisadi və sosial risklər yaradır. Buna görə də mütəxəssislər birgə fəaliyyət, elmi əsaslı qərarlar və koordinasiyalı tədbirlərin vacibliyini vurğulayırlar. Xəzərin səviyyəsinin azalmasının proqnozlaşdırılması və nəticə əsaslı tədbirlərin görülməsi üçün regional əməkdaşlıq zəruri hesab olunur.