Bu gün Azərbaycan xalqı üçün tarixi gündür - Ukraynalı deputatı

Bu gün Azərbaycan xalqı üçün tarixi bir gün -ölkənin liderini seçdiyi gündür.

Bu gün Azərbaycan xalqı üçün tarixi gündür - Ukraynalı deputatı
Bu gün Azərbaycan xalqı üçün tarixi bir gün -ölkənin liderini seçdiyi gündür.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Ukrayna Ali Radasının deputatı, beynəlxalq müşahidəçi Valeri Kolyuç bildirib.

"Seçkilər yüksək səviyyədə təşkil olunub. Biz seçki məntəqələrində növbələri müşahidə edirik və görürük ki, Azərbaycan sakinləri vicdanla, şüurlu şəkildə seçkilərdə iştirak edirlər. Bu, Azərbaycan xalqı üçün tarixi gündür ki, ölkə liderini seçir və bu gün Azərbaycanın bütün sakinləri, o cümlədən,Qarabağda yaşayanlar səs vermək imkanına malikdirlər", - deyə o vurğulayıb.

Kolyuç insanların seçkilərdə fəal iştirak etdiyini, xüsusilə seçki məntəqələrində nə qədər gəncin olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.