Bu gün bu rayonlarda qaz olmayacaq

Bu gün Xaçmaz rayonunun Xudat şəhəri və Bakının Nizami, Səbail və Xətai rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bu gün bu rayonlarda qaz olmayacaq
Bu gün Xaçmaz rayonunun Xudat şəhəri və Bakının Nizami, Səbail və Xətai rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bu barədə meqale.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Xudat" qaz paylayıcı stansiyanın (QPS) "Qaz İxrac" İdarəsinə məxsus texnoloji hissəsində görüləcək təmir işləri ilə əlaqədar iyunun 14-də saat 10:00-dan 17:00-dək "Xudat" QPS-dən qidalanan "Xudat" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Xaçmaz rayonunun (Xudat şəhəri, rayonun 30 kəndl) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Həmçinin bu gün paytaxtın Nizami, Səbail və Xətai rayonları ərazisində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.