Yaponiyada 7,2 ballıq zəlzələ oldu - yaralılar var - YENİLƏNİB
Yaponiyada baş verən zəlzələ nəticəsində yeddi nəfər xəsarət alıb.
meqale.com xəbər verir ki, Baş nazir Sanae Takaiçi bu barədə təcili brifinqdə deyib.
Yaponiyanın şimal-şərqini 7,5 bal gücündə zəlzələ silkələyib. Hadisədən sonra təxminən 90 min sakinin təxliyəsi əmr edilib.
Zəlzələ yerli vaxtla saat 23:15-də Aomori sahillərində qeydə alınıb.
Hokkaydo, Aomori və İvate prefekturalarında sunami xəbərdarlığı elan olunub. Bir neçə limanda 20-70 sm hündürlüyündə dalğalar müşahidə edilib.
Zəlzələnin episentri Aomori prefekturasının sahilindən 80 km məsafədə, 54 km dərinlikdə yerləşib.
Yaponiyanın 1-dən 7-yə qədər olan seysmik şkalasında Hachinohe şəhərində təkanların gücü "6 üst" olaraq qeydə alınıb. Bu cür zəlzələlər zamanı ayaqda dayanmaq mümkün olmur, ağır mebellər aşır və bir çox binalarda divar plitələri və şüşələr zədələnir.
Yaponiyanın dövlət telekanalının məlumatına görə, hələlik ciddi dağıntı və ya çoxsaylı xəsarət halları barədə məlumat yoxdur. Hachinohedə bir otel əməkdaşı bir neçə nəfərin xəstəxanaya aparıldığını, lakin hamısının şüurlu vəziyyətdə olduğunu bildirib.
Şərqi Yaponiya Dəmiryolu Şirkəti bölgədə bəzi qatar xətlərinin fəaliyyətini dayandırıb. Qeyd edək ki, bu ərazi 2011-ci ilin martında baş verən 9,0 bal gücündə dağıdıcı zəlzələnin də təsirinə məruz qalmışdı.