“Könül Kərimova məni blok etdi”

Şairə Nazilə Səfərli Əməkdar artist Könül Kərimovanın onu bloka atdığını açıqlayıb.

“Könül Kərimova məni blok etdi”
Şairə Nazilə Səfərli Əməkdar artist Könül Kərimovanın onu bloka atdığını açıqlayıb.

meqale.com xəbər verir ki, o, bu barədə "Pərvizə görə" verilişində danışıb:

"Kim ki icazəsiz mahnılarımı oxumuşdu, hamısını yutubdan sildirdim. Könül Kərimova buna görə məni blok edib. Nüşabə adlı bir xanım mahnımı oxumuşdu, qıza xəbər göndərildi ki, mahnının müəllifi Nazilə Səfərlidir, silməlisiniz. O da dedi ki, mən Könül xanımdan icazə almışam. Dedim o zaman ödəniş edin, dedilər bu artıq işlənmiş mahnıdır. Könül xanım da dedi mən icazə vermişəm, kasıb qızdır, o zaman mən artıq mahnını sildirmişdim. O da sözünü yerə saldığıma görə məni blok etdi. Halbuki məni saymayan siz idiniz".