“Deyirlər 150 sürətlə sürüb, ağır dərddir”

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda "Lexus" markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib.

“Deyirlər 150 sürətlə sürüb, ağır dərddir”
Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda "Lexus" markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib.

meqale.com-ın məlumatına görə, hadisədə ölənlərin yaxınları danışıblar.

Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib:

"Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə sürüb, idarə edə bilməyib. Gənclərə tövsiyəm odur ki, ehtiyatlı olun, bala".

Həlak olanlardan biri - 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib: