"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir"

"O qədər işimə bağlıyam ki, düşünürəm evlənsəm, sənətdən soyuyaram".

"O qədər işimə bağlıyam ki, düşünürəm evlənsəm, sənətdən soyuyaram".

meqale.com xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "İncə səhər" verilişdə deyib. O, ikinci dəfə evlənməməsinə belə aydınlıq gətirib:

"Ya səhnədən bir az geri çəkilməliyəm, ya da evdə deməliyəm ki, məni yola verin. Bu, bir növ iki arvad saxlamaq kimidir. İfadəmə görə üzr istəyirəm. Bu çılğınlığı edənlərdən deyiləm".

Sənətçi sosial media hesabında şəxsi həyatı ilə bağlı paylaşımlar etməmisənə belə münasibət bildirib:

"O qədər hadisə baş verir ki, hər dəfə özümü çəkib paylaşmağa ehtiyac duymuram. 100 faiz bilirəm ki, sabah anamla 20 saniyəlik video çəkib paylaşsam, baxış sayı milyonları keçər. Üç ildir küçədən bir pişik götürüb saxlayıram, qucağımda elə gözəl yatır ki... Onunla 10 saniyəlik video paylaşsam, sosial media hesabım "partlayar". Amma bu, mənim özəlimdir, paylaşmaq fikrim yoxdur. Ehtiyac da duymuram. Elə düşünürəm ki, özüm-özümə xəyanət edirəm. Öz həyat yoldaşımı sığallamaq yerinə gedib başqalarını edirəm. Mən niyə öz sənətimə xəyanət edib gedib başqa işlərlə məşğul olum?".

Qeyd edək ki, bu gün Faiq Ağayevin 54 yaşı tamam olur. (axşam.az)