Zaqatalada ağır qəza - 7 nəfər xəsarət aldı - YENİLƏNİB
Zaqatala rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsi ilə əlaqədar 7 nəfər (4 kişi, 3 qadın) 29.12.2025-ci il tarixində saat 15:40 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
meqale.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir.
------------ Zaqatalada baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.
meqale.com-ın məlumatına görə, xəsarət alanlardan üç nəfər bir ailənin üzvüdür.
Yeni Suvagil kənd sakini, 1984-cü il təvəllüdlü Şəhmir Tevruzovun idarə etdiyi "VAZ 21010" markalı və Aşağı Tala kənd sakini, 1957-ci il təvəllüdlü Əli Qurbanovun idarə etdiyi "Opel Astra" markalı minik avtomobilləri toqquşub.
"Opel Astra"nın sürücüsü Ə. Qurbanov, "VAZ 21010"nun sürücüsü Ş. Tevruzov, "Opel Astrada" olan sərnişinlər - 1984-cü il təvəllüdlü Cəmil Əliyev, 1984-cü il təvəllüdlü İlkin Pirimov, 1991-ci il təvəllüdlü Gülüstan Əliyeva, 1991-ci il təvəllüdlü Leyla Pirimova və İ. Pirimovun övladı 2021-ci il təvəllüdlü Murad Pirimov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (APA)