Bu ölkədə asteroid göründü - VİDEO
Yanvarın 21-nə keçən gecə Berlin səmasında Sar2736 asteroidi yanıb.
meqale.com bizim.media-ya istinadən xəbər verir ki, bu barədə "Tagesschau" saytı məlumat yayıb.
Mənbə yazır ki, asteroidin fraqmentləri Almaniyanın Brandenburq federal əyalətinə saat 00:32-də düşüb. Səma cisminin partlaması və düşməsi videoya çəkilib.
Leypsiq və Praqadakı müşahidə kameraları da səmada parlayan alov topunu qeydə alıb.