Bu ölkədə insanlar gündə ən azı bir dəfə gülməlidir - yeni qərar
Yaponiyanın Yamaqata prefektural parlamenti sakinləri "fiziki və ruhi sağlamlığı gücləndirmək" üçün gündə ən azı bir dəfə gülməyə təşviq edən qətnamə qəbul edib.
meqale.com-ın məlumatına görə, qanunun müəllifləri Yamaqata Universitetinin Tibb akültəsinin araşdırmasına istinad edərək, tez-tez gülən insanların erkən ölüm riskinin daha az olduğunu aşkar ediblər.
Yerli parlament də hər ayın səkkizinci gününü "sakinlərin gülüş vasitəsilə sağlamlıqlarını yaxşılaşdıra biləcəyi bir gün" elan edib və işəgötürənlərdən "iş yerində gülüşlə dolu bir atmosfer yaratmağı" istəyib.