Bu sərnişinlər təyyarəyə iki yerə bilet alacaqlar
Amerikanın "Southwest Airlines" aviaşirkəti artıq çəkisi olan sərnişinlərdən iki yer üçün bilet pulu alacaq.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, aviaşirkət oturacaq seçim siyasətində köklü dəyişikliklər etdiyini açıqlayıb.
Şirkət bəyan edib ki, təyyarədə bir oturacağa sığmayan sərnişinlər "Böyük ölçü" kateqoriyasına aid edilir.
Onlar "Plus-size" sərnişin sayıldığından hər iki oturacaq üçün bilet almalıdırlar.