Cahangir Cahangirov adına Xor “Novruz çələngi” adlı konsert proqramı ilə çıxış edib - FOTO
Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xor "Novruz çələngi" adlı konsert proqramı ilə çıxış edib. BMM-nin foye hissəsində baş tutan tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bədii rəhbər Təranə Yusifovanın rəhbərliyi ilə Xor kollektivi bayram əhvallı rəngarəng ifaları ilə musiqisevərlərə bayram sovqatlı mahnılar ərməğan ediblər (konsertmeyster Ərtoğrul Alpərtürk) Proqramda "Bəri bax"( işləyəni: Üzeyir Hacıbəyli), "Ay qadası" (işləyəniTəranə Yusifova), "Oyna, yar" (işləyəni: Vaqif Məstanov Rəqs: Ofeliya Sultanova) "Laçın" (işləyəni: Soltan Hacıbəyov ) və digər xalq mahnılarının xor üçün işləmələri ifa olunub.
Konsert tamaşaçıların böyük coşğusu və alqış sədaları ilə başa çatıb.