Cari ayın sonu Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçiriləcək
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçirəcək.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
Qriqoryan söyləyib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər təqdim edib.