Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır
Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər.
meqale.com musavat.com-a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib.
Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə, zamanla isə xərçəng xəstəliyinə səbəb olur. Buna görə də çay, qəhvə və digər isti içkilərin bir az soyudularaq istehlak edilməsi tövsiyə olunur.