Cəlilabadda yol qəzası - 4 nəfər yaralandı

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Cəlilabadda yol qəzası - 4 nəfər yaralandı
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.