Cəlilabadda zəncirvari qəza - maşın aşdı - FOTO
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayon sakini Həsən Əsgərlinin idarə etdiyi "Nissan" markalı avtomobil yol kənarında hərəkətsiz dayanan iki minik maşınına çırpılıb və yolun hərəkət hissəsində aşıb.
Avtomobillərə ciddi ziyan dəyib.