Daha bir azərbaycanlı hərbçi Rusiya-Ukrayna müharibəsində həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub.
meqale.com xəbər verir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibədə azərbaycanlı əsilli daha bir hərbçi həyatını itirib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1990-cı il təvəllüdlü Ruslan Akif oğlu Əliyev 2025-ci il mayın 3-də Xarkov vilayətinin Volçansk şəhəri istiqamətində gedən döyüşlər zamanı həlak olub.