Deputat irad bildirdi, nazir cavab verdi
"Dünən Neftçala rayonunda vətəndaşlarla görüşdə olmuşam. DOST Agentliyin işi ilə bağlı müəyyən müraciətlər var. Mən çox xahiş edərdim ki, nazirlik Agentliyin işini yoxlasın".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında deyib.
Deputat vurğulayıb ki, dövlətin çox böyük qayğı ilə ayırdığı vəsaitlər bəzi xırda məmurların əliəyriliyi nəticəsində ünvanlara kifayət qədər gedib çatmır:
"Mən görülən işlərin hamısına kölgə sala bilmərəm. Sosial müdafiə sahəsində çox böyük işlər görürsünüz. Amma konkret şikayətlər varsa, xahiş edirəm bu, yoxlanılsın. Köhnə kartların müəyyən adamların cibində fırlanması məsələləri görünür ki, hələ də davam edir".
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputata cavab olaraq bildirib ki, məsələ mütləq araşdırılacaq: