Deputat qohum evliliklərinin qadağan olunmasını düzgün hesab etmir
Ailə Məcəlləsində qohum evlilikləri ilə bağlı hissə əgər əmiuşaqlarının, bibiuşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.
O qeyd edib ki, bu cür evlilikləri qadağan etmək, bəlkə də, beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər.