Deputatdan yenilik: Seçiciləri "WhatsApp"da qəbul edir
Milli Məclisdə ilk dəfə olaraq deputat "WhatsApp" kanalı yaradıb. Artıq bir aydan çoxdur ki, kanal vasitəsilə 25-ə yaxın müraciət qəbul edilib.
meqale.com xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov özü məlumat verib.
"Vətəndaş qəbulu üçün öncədən təyin olunmuş məkana, istidə və ya soyuq havada gəlməyə, əlavə vaxt, enerji və bəzi hallarda yol pulu xərcləməyə ehtiyac yoxdur. Bir aydan çoxdur ki, Milli Məclisdə ilk dəfə olaraq whatsapp kanalı yaratmışıq, 25-ə yaxın müraciət qəbul etmişik.
Proses çox sadədir. Müraciətinizi səsli və yazılı formada whatsapp üzərindən göndərirsiniz, 3 iş günü ərzində sizinlə razılaşdırılmış vaxta şəxsən özüm sizinlə canlı əlaqə yaradıram, 1 iş günü müddətində isə əgər müraciətiniz hansısa dövlət orqanına göndərilməlidirsə, deputat sorğusunun şəklini çəkib sizə göndəririk.
Whatsapp kanalımda eyni zamanda çox maraqlı sorğular keçiririk, effektivlik yüksək səviyyədədir, bu il sorğuların və faydalı məlumatların məzmunun həm keyfiyyət, həm də ictimai maraq baxımından daha da genişləndirəcəyik".