DİN hava şəraiti ilə bağlı sürücülərə çağırış etdi
Daxili İşlər Nazirliyi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib.
meqale.com-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, yanvarın 14-16 tarixlərində paytaxt, eləcə də, respublikanın magistral yollarının buz bağlama ehtimalı var.
Qeyd edilib ki, sürücülər sürət həddini hava şəraitinə uyğun tənzimləməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir:
"Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.
Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.
Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər".