Diş ağrısıyla yatdı, 32 il sonra oyandı

İsveçli Karolina Olsson adlı qadın 14 yaşında yuxuya getdikdən sonra 46 yaşında oyanıb. 

Diş ağrısıyla yatdı, 32 il sonra oyandı
İsveçli Karolina Olsson adlı qadın 14 yaşında yuxuya getdikdən sonra 46 yaşında oyanıb. 

meqale.com unikal-a istinadən xəbər verir ki, 1876-cı ildə diş ağrısı səbəbindən yatan qadın düz 32 il sonra, 1908-ci ildə oyanıb.

Karolina bu müddət ərzində bir çox həkimlər tərəfindən müayinə olunsa da, oyanmayıb. 

Bildirilib ki, o, ayılanda 32 illik dövrü və bacı-qardaşlarını xatırlamayıb. O, oyandıqdan sonra  42 il yaşayıb və 1950-ci ildə vəfat edib.  O, bu qəribə hekayəsi ilə "yatan gözəl" kimi tanınıb.