Dostoyevskinin nəticəsi vəfat etdi

Sankt-Peterburqda (Rusiya) yazıçı Fyodor Dostoyevskinin nəticəsi Dmitri Dostoyevski 79 yaşında vəfat edib.

Dostoyevskinin nəticəsi vəfat etdi
Sankt-Peterburqda (Rusiya) yazıçı Fyodor Dostoyevskinin nəticəsi Dmitri Dostoyevski 79 yaşında vəfat edib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları onun sosial şəbəkə səhifəsində məlumat veriblər.

"Əziz dostlar, dostlarımızın dostları və Dmitri Andreyeviçin izləyiciləri! Bu gün babamız dünyasını dəyişdi", - deyə onlar yazıblar.

Qeyd edək ki, Dmitri Dostoyevski 1945-ci ildə anadan olub. Həyatı boyunca təxminən 20 peşə dəyişib. O, iddia edirdi ki, bu müxtəlif bacarıqlara canatma ona məşhur əcdadından miras qalıb.