Dövlət Baxçalı Ərdoğana çağırış etdi

Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.

Dövlət Baxçalı Ərdoğana çağırış etdi
Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.

meqale.com APA-ya istinadən bildirir ki, MHP-nin 14-cü qurultayında çıxış edən MHP sədri Rəcəb Tayyib Ərdoğanı siyasi fəaliyyətini davam etdirməyə çağırıb.

Qeyd edək ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan martın 31-də keçiriləcək bələdiyyə seçkilərinin iştirak edəcəyi son seçkilər olduğunu bildirib.

Dövlət Baxçalı isə deyib ki, Rəcəb Tayyib Ərdoğan Türk millətini yalnız buraxa bilməz: "Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən! Cümhur İttifaqı yanındadır. Yeni əsrin qurtuluş lideri olaraq Sizi görmək istəyirik!".