Dünən Bakı-Sumqayıt yolunda ağır qəzada yaralananların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO - FOTO

12:31 Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.

Dünən Bakı-Sumqayıt yolunda ağır qəzada yaralananların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO - FOTO
12:31 Ötən gün Bakı-Sumqayıt magistralında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 19 nəfərdən 14-ü artıq ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə meqale.com-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, digər 5 nəfərin isə müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Onlardan qapalı kəllə-beyin travması, sol dizin qapalı sınığı diaqnozları ilə Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1993-cü il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti ağır qiymətləndirilir. Həmin şöbədə qapalı kəllə-beyin travması diaqnozu ilə müalicə alan 1961-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağırdır.

Qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulan 1986 və 1988-cu il təvəllüdlü şəxslərin (qadın cinsli) müalicəsi isə Neyrocərrahiyyə şöbəsində davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

1980-ci il təvəllüdlü şəxs (qadın cinsli) isə sağ qabırğanın sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicə alır və vəziyyəti orta ağırdır.

--------------- 2024.08.02 Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 18-i yaralanıb.

Hadisə nəticəsində 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızı vəfat edib.

Qəzada yaralananların adlarını təqdim edirik:

- 1961-ci il təvəllüdlü Cəfərova Həqiqət Sahib qızı

- 1986-cı il təvəllüdlüKərimova Səidə İldırım qızı

- 1989-cu il təvəllüdlü Əliyeva Məryəm Qabil qızı

- 1980-cı il təvəllüdlü Məmmədova Vüsalə Məmməd qızı

2002-ci il təvəllüdlü Memmedova Xeyalə Məhəmməd qızı 2005-ci il təvəllüdlü İsgəndərova Nərgiz Məmməd qızı 2016-cı il təvəllüdlü Allahverdiyeva Gülay Əhməd qızı 1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu 1996-cı il təvəllüdlü Əliyeva Əsbət Əlişan qızı 1967-ci il təvəllüdlü Quliyeva Südabə Əflatun qızı 1963-cü il təvəllüdlü Həsənova Zenfira Cavanşir qızı 1982-ci il təvəllüdlü Qasımova Sevda Hajan qızı 1999-cu il təvəllüdlü Abasov Ceyhun Mamed oğlu

2007-ci il təvəllüdlü Quluzadə Elcan Hörmət oğlu 1971-ci il təvəllüdlü İsgəndərova Məmmədağa İsgəndər oğlu 2017-ci il təvəllüdlü Əliyev Habil Qəzənfər oğlu 1993-cü il təvəllüdlü (31 yaş) Nəsirov Orxan Hidayət oğlu

2005-ci il təvəllüdlü Nəsirov Yusif Çərkəz oğlu.

------------- 14:18 Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

Xatırladaq ki, bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissədə "NEOPLAN" və "İSUZU" markalı 2 sərnişin avtobusu toqquşub.

---------- 13:40

AYNA Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəza ilə bağlı açıqlama verib.

Qurumdan meqale.com-a bildirilib ki, ilkin məlumata əsasən, Bakı-Sumqayıt ekspres avtobusu 42 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub.

"Hadisə nəticəsində 42 nömrəli avtobus aşıb, avtobusda olan 1 sərnişin vəfat edib, xəsarət alanlar var. Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, Bakı-Sumqayıt ekspres avtobusunun sərnişinləri arasında ölən və xəsarət alan olmayıb", - məlumatda deyilir.

-------

13:03

DİN Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.

meqale.com xəbər verir ki, məlumata əsasən, Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsindən bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi "NEOPLAN" markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan "İSUZU" markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Toqquşmadan sonra "İSUZU" markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

--------- 12:46 Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə meqale.com-a TƏBİB-dən məlumat verilib.

Hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

---------- 12:25 Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəzada 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Hadisə zamanı iki sərnişin avtobusu toqquşub.

--------- 12:02 Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.