Dünənki qəzada ölən Tofiqin FOTOsu

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib.

Dünənki qəzada ölən Tofiqin FOTOsu
Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 01 radələrində 1999-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi "Mercedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Piriyev Orxan Fariz oğlu və 1996-cı ildə anadan olmuş Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.

Bildirilir ki, qəzaya düşən 4 gənc dost olublar.