Əfsanənin qayıdışı: Məşhur fransız avtomobili yeni üslubda buraxılacaq - FOTOlar
Məşhur "Citroen DS 2" avtomobili yenidən bazara qayıda bilər.
meqale.com oxuya istinadən bildirir ki, "DS" brendinin baş direktoru Olivye Fransua məşhur modeli canlandırmaq niyyətindən danışıb.
Hazırda "DS"in premium xəttində avanqard üslubu ilə seçilən dörd modeli var. Lakin onların heç biri "Citroen DS"in birbaşa davamçısı deyil.
"Əsl "DS" böyük, bahalı və heyrətamiz olmalıdır. Hər kəs ona aşiq olacaq", - deyə Fransua bildirib.
"DS"in rəhbəri brendin flaqmanının elektrikli olacağına şübhə etmir.
Xatırladaq ki, "Citroen DS" 1955-ci ildən 1975-ci ilə qədər istehsal edilib və ümumilikdə təxminən bir milyon yarım sedan, universal və kabrioletlər istehsal edilib. Öz dövrü üçün bu model çox innovativ olub. "Citroen DS" ən məşhur fransız avtomobilidir: Şarl de Qoll məhz bu avtomobildən sürüb və onun əsasında "Fantomas" filmindəki uçan avtomobil yaradılıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun