Ələsgər Məmmədli və Ruslan İzzətlinin həbsi ilə bağlı məhkəməyə təqdimat daxil oldu

Ötən gün "Toplum TV" işi ilə bağlı saxlanılan və barələrində cinayət işi başlanılan media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

meqale.com APA-ya istinadən bildirir ki, istintaq orqanı hər iki şəxslə bağlı 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib.

Yaxın saatlarda onlar məhkəmə qarşısına çıxarılacaq. Təqdimatlara məhkəmənin hakimi İlahə Abbasovanın sədrliyi ilə baxılacaq.