Elgiz və Sevda efirdə BARIŞDILAR – VİDEO
Aparıcı Elgiz Əkbər və müğənni Sevda Sanaliyeva uzun sürən küsülülüklərinə son qoyublar.
meqale.com bizim.media-ya istinadən bildirir ki, Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı efirinə Sevdanı dəvət edərək onunla barışıb.
Elgizi doğum günü münasibəti ilə təbrik edən Sevda aparıcıdan küsmədiyini, incikliyi verilişə gəlişi ilə aradan qaldırdığını vurğulayıb. Qeyd edək ki, illər əvvəl "ARB" televiziyasında yayımlanan "Səhər-səhər" proqramında aparıcı Elgiz Əkbər Sevdanın canlı oxumağını istəmişdi. Sevda isə Elgizlə mübahisə edərək, efiri tərk etmişdi.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun