Ərdoğan zəlzələdə ölkəyə dəyən zərəri açıqladı

2023-cü ilin fevralında baş verən güclü zəlzələlər nəticəsində Türkiyə iqtisadiyyatı 104 milyard dollar itirib.

Ərdoğan zəlzələdə ölkəyə dəyən zərəri açıqladı
2023-cü ilin fevralında baş verən güclü zəlzələlər nəticəsində Türkiyə iqtisadiyyatı 104 milyard dollar itirib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, təkcə evlərin deyil, istehsalat müəssisələrinin də dağıldığını vurğulayıb.

Ərdoğan əlavə edib ki, əsas zərər Türkiyənin cənub-şərqindəki şəhərlərin infrastrukturuna dəyib.