Eyvandan yıxılan 15 yaşlı qızın son vəziyyəti AÇIQLANDI
Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın son vəziyyəti açıqlanıb.
Bu barədə meqale.com-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir: "Pasiyentin vəziyyətində müsbət dinamika müşahidə edilir. Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir, zəruri tədbirlər görülməkdə davam edilir".