"Fənərbağça" daha bir dünya ulduzunu transfer edir
Leonardo Bonuççi və Kruniç transferlərini reallaşdıran "Fənərbağça" daha bir nəhəng keçidə hazırlaşır.
meqale.com offsideplus.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Atletiko"dan Çağlar Söyüncünü heyətinə qatmaq istəyir. Türkiyə klubu 27 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb. Qeyd edək ki, cari mövsümün əvvəlində "Lester"dən Madrid təmsilçisinə keçən Söyüncü 9 oyuna çıxıb və cəmi 214 dəqiqə mübarizə aparıb.
Türk ulduz AVRO-2024-ə yaxşı hazırlaşmaq üçün çox oyun keçirəcəyi klubda çıxış etmək istəyir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun