“Fənərbağça”dan səfərdə inamlı qələbə

Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib.

“Fənərbağça”dan səfərdə inamlı qələbə
Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib.

meqale.com axar.az-a istinadən bildirir ki, lider "Fənərbağça" səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Qonaqların heyətində Cingiz Ündər və Mişi Batşuayi fərqləniblər.

Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib.

Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.