Gəncə Dövlət Filarmoniyasinda Mirzə Şəfi Vazehə həsr olunmuş gecə keçirilib - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Şəfi Vazehin anadan olmasının  230 illik yubileyi münasibətilə ədəbi-bədii gecə təşkil olunub.

Gecədən öncə qonaqlar filarmoniyanın foyesində Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Gecədə Mirzə Şəfi Vazehin qəzəllərinin səsləndirilməsi, muğam-xoreoqrafik kompozisiyanın nümayişi tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Gəncədə ilk dəfə keçirilən və böyük coşğuyla qarşılanan ədəbi-bədii gecə qeyri-adiliyi ilə yadda qalıb.