Gəncədə ağır qəza - 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb - FOTO
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
meqale.com-ın məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza nəticəsində 1985 -ci il təvəllüdlü Jalə Nəbiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
1988-ci il təvəllüdlü Amil Rüstəmov, Xoşqədəm Rüstəmova və bir neçə azyaşlı uşaq da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.