Gəncədə “Cücələrim” Uşaq Festivali start götürdü - FOTOlar

Azərbaycanda ilk dəfə baş tutan Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalının ilk günü Gəncə şəhəri, Qəmbər Hüseynlinin heykəlinin önündə uşaq mahnılarından ibarət konsert proqramı keçirilib.

Konsert proqramında Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1nömrəli UMM, Gəncə şəhər  2 nömrəli UMM, Gəncə şəhər 3 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Gəncə şəhər 5 nömrəli UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Naftalan şəhər UMM, Goranboy rayon Düzqışlaq UMM, Səfikürd UMM, Samux şəhər UMM, Samux rayon Qarayeri qəsəbə UMM, Göygöl Aşıq Şəmşir UMM-nin şagirdlərinin iştirakı ilə Qəmbər Hüseynlinin "Cücələrim", "Ay işığında", "İlk məhəbbət", Fikrət Əmirovun "Rəqs", "Skertso", Tofiq Quliyevin "Bağçamız", "Əziz surət", Arif Məlikovun "Lirik mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnıları səsləndirilib.